Rusiyada son dörd gündə ikinci helikopter qəzası - VİDEO

HADİSƏ 20.12.2022 1326

Rusiyanın Maqadan vilayətində “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb.

İnsident zamanı helikopterin göyərtəsində üç ekipaj üzvü olub.

Onlar yanğın başlamazdan əvvəl kabinəni tərk edərək xilas ola biliblər.

Qeyd edək ki, bu, son dörd gündə ikinci analoji hadisədir. Dekabrın 16-da Rusiyaya məxsus “Mi-8” helikopteri Buryatiya Respublikasının Ulan-Ude aerodromunda qəzaya uğrayıb. Qəza nəticəsində azı üç nəfər həlak olub.

Mənbə: Obozrevatel

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top