Azərbaycanda dirijor vəfat etdi - FOTO

HADİSƏ 19.12.2022 1391

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, dirijor Kazım Əliverdibəyov vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından məlumat verilib.

Bildirilib ki, K.Əliverdibəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, K.Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirib. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top