
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
Qeyd edək ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobili "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
12:19
Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobilinin “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Məlumata görə, “Ford” Şirvan şəhərinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.