Bakı-Qazax yolunda iki yük maşını toqquşdu - FOTO

HADİSƏ 16.12.2022 1508

Şəmkirdə iki yük avtomobili toqquşub.

Saat24.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “MAN” markalı yük maşını “QAZel” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, xüsusilə “QAZel” yararsız hala düşüb.

İlkin məlumata görə, qəzaya səbəb “MAN” markalı yük maşının sürücüsünün yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma başlanılıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top