Antalyada son 50 ilin ən güclü fəlakəti - FOTO/VİDEO

Sadə xəbər
DÜNYA 12.12.2022 1291

Türkiyənin Antalya vilayəti təbii fəlakətin cəngindədir. Belə ki, şiddətli yağışlar əyalətdə daşqınlara səbəb olub. Nəticədə burada yüzlərlə istixana, evlərin birinci mərtəbələri su altında qalıb, körpülər dağılıb. Bundan başqa, onlarla avtomobili sel aparıb.

Yerli hökumət nümayəndələri son 50 ildə belə bir vəziyyətlə rastlaşmadıqlarını bildirirlər.




Kumluca rayon rəhbərliyindən yüksək hazırlıq vəziyyətində olduqları bildirilib. İnsanların fəlakət bölgəsindən təxliyəsi üçün Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) dəstək istənilib.

Əyalətdəki ibtidai və orta məktəblərdə tədris dayandırılıb.

 










XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top