Sabirabadda yük avtomobili yanıb - VİDEO

HADİSƏ 03.12.2022 1653

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in xəbərinə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin arxa təkərlərində baş vermiş yanğın qısa müddətdə söndürülərək alovun nəqliyyat vasitəsinin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top