Bərdədə qəza olub, piyada ölüb

Sadə xəbər
HADİSƏ 03.12.2022 1431

Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 2-də saat 7 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini E.Nuriyev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən həmyerlisi Roza Gülməmmədovanı vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bərdə Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top