İmişlidə it və tülkü iki nəfərin ölümünə səbəb oldu - YENİLƏNİB + VİDEO

HADİSƏ 23.11.2022 1375

İmişli rayonunda it və tülkü ağır qəzaya səbəb olub.  

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli sakini 36 yaşlı Xanlar Bayramov idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına çıxan it ilə tülkünü vurub və idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, İmişli sakini 48 yaşlı Fariz Bayramov isə  xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı süjetdə:

14:20

İmişlidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.

İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top