Göygöldə yeniyetmə qız dəm qazından boğulub öldü

HADİSƏ 22.11.2022 1339

Göygöl sakini dəm qazından boğulub.

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Prokurorluğunun nümayəndələri cəlb olunublar.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top