Salyanda ağır yol-nəqliyyat hadisəsində 5 nəfər xəsarət alıb

HADİSƏ 20.11.2022 1288

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində Salyan şəhər sakinləri; - 1974-cü il təvəllüdlü Abbasov Mahir Malik oğlu, 1976-cı il təvəllüdlü Səfərova Məhluqə Məhəmməd qızı, 2012-ci il təvəllülü Səfərov Zaur Ələkbər oğlu, 2002-ci il təvəllüdlü Səfərova Leyla Ələkbər qızı, 2003-cü il təvəllüdlü İmanov Əli Əziz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top