Ağdamda yanğın: Xəsarət alan var

HADİSƏ 19.11.2022 1422

Ağdam rayonunda yanğın hadisəsi baş verib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, rayonun Üçoğlan kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə və dam örtüyü 60 kvadratmetr sahədə yanıb. 

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top