Salyanda bıçaqlanaraq öldürülən kişinin şəxsiyyəti məlum oldu - YENİLƏNİB

HADİSƏ 19.11.2022 1521

Salyanda bıçaqla qətlə yetirilən kişinin şəxsiyyəti məlum olub.

Saat24.Az-ın məlumatına görə, bu təxminən 40-45 yaşlı Məmmədov Etibar Qüdrət oğludur.

Mərhuma 5-6 bıçaq zərbəsinin vurulduğu bildirilir.

Şahidlərin sözlərinə görə, bıçaqla qətlə yetirildikdən sonra izi itirmək məqsədilə meyit Xocalı kənd sakinlərdən birinin həyət darvazasının qarşısına atılıb. Ev sahibi darvazanı açıb çölə çıxan zaman meyiti görüb və dərhal aidiyyati qurumlara məlumat verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirildikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.

Hazırda qətlə yetirilən şəxsin yaşadığı ünvan istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

00:10

Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top