Lənkəranda tələbə qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO

HADİSƏ 18.11.2022 1422

Lənkəranda tələbəni qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Məlumata görə, noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

14:16

Lənkəranda qətlə yetirilən şəxs Lənkəran Dövlət Universitetinin tələbəsi olub. 

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Bildirilib ki, qətlə yetirilən Tosif Nəsirov universitetin III kurs tələbəsi olub. 

O, ofisiant kimi işlədiyi restoranda administrator Seymur Bayramlı tərəfindən qətlə yetirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəranda kütləvi dava düşməsi və Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şöhlət oğlu Nəsirovun qətlə yetirilməsi barədə xəbər yayılmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top