Sumqayıtda azyaşlı bacıların ölümlərinin ilkin ehtimalı BİLİNDİ - YENİLƏNİB

HADİSƏ 16.11.2022 1540

Sumqayıt Tibb Mərkəzi iki azyaşlı bacının ölümü barədə açıqlama verib.

Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 16.11.2022-ci il saat 05:35-də 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı valideynləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib:

“Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib”.

Oxu.Az-ın əldə etdiyi məlumatda ilkin ehtimal kimi bacıların qidadan zəhərləndiyi bildirilib.

14:12

Sumqayıtda iki azyaşlının ölümü ilə bağlı araşdırmalara başlanılıb. 

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, baş verən hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

13:59

Sumqayıtda 2 azyaşlı ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top