Qubada zəncirvari QƏZA: Xəsarət alanlar var

HADİSƏ 15.11.2022 1127

Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

Saat24.Az xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan “Mercedes-Benz” markalı avtomobil yolun kənarında dayanan eyni markalı digər avtomobilə, daha sonra isə traktor qoşqusuna çırpılıb.

Hadisə nəticəsində Quba rayon sakinləri, 1986-cı il təvəllüdlü Mustafayev Rahim Mehman oğlu, 1971-ci il təvəllüdlü Məcidov Nəbi Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Məlikov Murad Çıraqalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top