Zaqatalada yanğın zamanı nənə və nəvə xəsarət alıblar

HADİSƏ 14.11.2022 1104

Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan nənə və körpə nəvəsi yanıq xəsarətləri alıblar.

Saat24.Az-ın məlumatına görə, yanğın hadisəsi gecə saat 01:20-də Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kvadratmetr olan, üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 18 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.

Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini, 1980-cı il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun 2021-ci il təvəllüdlü nəvəsi müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

E.Qurbanova və nəvəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top