Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

HADİSƏ 13.11.2022 1204

Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAZ” markalı yük avtomobili və “Nissan” markalı minik avtomobili toqquşub, bir nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər zədələnmiş yük avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top