Bakıda keçiddə piyadaya yol vermək üçün dayanan avtomobil arxadan vurulub – FOTO

HADİSƏ 13.11.2022 1192

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Saat24.Az  xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Mercedes” markalı minik maşınının sürücüsü Balagül Kərimov piyada zolağından keçən şəxsə yol vermək üçün dayanıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayanan “Mercedes”ə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb.

Faktla bağlı yol patruk xidmətinin əməkdaşları əraziyə cəlb edilib və araşdırma aparılır.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top