Ermənistanda ana və uşaqlarını xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb

HADİSƏ 13.11.2022 1370

Ermənistanın Şirak bölgəsində 32 yaşlı kişi Pemzaşen kəndində bir qadını və onun iki övladını qətlə yetirməsini etiraf edib.

Polisin mətbuat xidmətindən verilən məlumata görə, o, hadisəni etiraf edib, saxlanılaraq ibtidai istintaq orqanına təhvil verilib.

Polis qətldə iştirak etmiş digər şəxsin axtarışlarını həyata keçirir.

Hüquq mühafizə orqanları tezliklə qətlin təfərrüatlarını təqdim edəcəklərini bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Pemzaşen kəndində qadın və iki uşağının qətlə yetirilməsi ilə bağlı xəbər yayılıb.

Yataq otağında bıçaq xəsarətləri olan qadın (1991-ci il təvəllüdlü), qızı (2010-cu il) və oğlunun (2014-cü il təvəllüdlü) meyitləri aşkar edilib. Ana və oğulu bir birinə bağlayaraq qətlə yetiriblər.

Mənbə: Armeniatoday.news

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top