Rusiyada yaşyarımlıq körpə alt paltarında bağçadan qaçdı - VİDEO

Sadə xəbər
HADİSƏ 13.11.2022 1300

Rusiyanın Kirov şəhərində yaşyarımlıq qız uşaq bağçasından qaçıb. Onun əynində yalnız uşaq bezi olub.

Uşağı küçədə kuryer və yoldan keçən qadın görüb. Onlar qızı evə aparıblar və təcili yardım çağırıblar. Sonradan körpənin valideynləri də gəlib çıxıblar.

Onların dediyinə görə, uşaq yuxu saatı zamanı bağçadan çıxıb bir saata yaxın dolaşsa da, müəllimlərdən heç biri ondan xəbər tutmayıb. Müəllimlər isə hadisəyə haqq qazandırıblar: bu, təsadüfən, müəllim quşlara yem verməyə çıxıb qapını bağlamadığı zaman baş verib.

Fakt araşdırılır.

Mənbə: “Vesti” “Telegram”

XƏBƏR LENTİ
12.05.2025 2279

DİGƏR XƏBƏRLƏR

Loading
Top