Gömrük Komitəsi külli miqdarda balıqçılıq toru aşkar edib - FOTO

HADİSƏ 11.11.2022 1456

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda balıqçılıq toru aşkar edilib.

Saat24.Az-ın komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Bakı Baş Gömrük İdarəsində Azərbaycan vətəndaşı İsayev Samir Fərman oğlu tərəfindən Çindən idxal edilən 5 220 ədəd “üzümçülükdə və digər məqsədlər üçün istifadə olunan tor” yükünün rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olduğu şübhəsi yaranıb.

Bu məqsədlə müvafiq ekspert tədqiqatlarının aparılması üçün DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilib. İdarənin apardığı tədqiqatların nəticələri gömrükçülərin şübhələrini təsdiqləyib.

Belə ki, ekspert rəyinə əsasən idxal edilmiş torların diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqçılıq toru olduğu müəyyənləşib.

Xatırladaq ki, aşkar edilən balıqçılıq toru mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top