Bakıda avtomobil qadını vuraraq öldürüb

HADİSƏ 10.11.2022 1398

Bakıda avtomobil qadını vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da Yasamal rayonu, Şərifzadə küçəsi ilə Ü.Əkbərov küçəsi ilə kəsişmədə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Quliyev Məhərrəməli Ataxan oğlu idarə etdiyi QAZ-24 markalı avtomobillə hərəkətdə olarkən piyada, 1961-ci il təvəllüdlü Əliyeva Anaxanım Babahəsən qızını vurub. Nəticədə A.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top