Goranboyda fermadan qumbara və sursatlar aşkarlandı

HADİSƏ 09.11.2022 1632

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Səfikürd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevin üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, davam etdirilən tədbirlərlə E.Abdullayevə narkotik vasitəni satan Şəfəq kənd sakini Q.Abbasovdan 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top