Fazil Məmmədovun ölüm xəbəri təsdiqləndi - YENİLƏNİB + CANLI YAYIM

Sadə xəbər
HADİSƏ 04.11.2022 1082

Baku TV-nin əməkdaşları mərhum vergilər naziri Fazil Məmmədovun evinin qarşısından canlı yayıma çıxıb. 

Həmin görüntüləri təqdim edirik:

09:27

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. 

Bununla bağlı Saat24.Az-a mərhumun yaxınları məlumat verib. 

Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür. 

İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

09:00

Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.
 
Saat24.Az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.

Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top