Tovuz sakini Bakıda kirayə qaldığı evdə özünü öldürüb

Sadə xəbər
HADİSƏ 03.11.2022 1118

Tovuz rayon sakini Bakıda kirayə qaldığı evdə intihar edib.

Saat24.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Röyal Yaşar oğlu kirayədə yaşadığı evin mətbəx otağında qaz borusundan özünü asaraq öldürüb.

Həmin şəxsin “8 km bazarı”nda meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilib.

Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
17.05.2025 2358
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top