Mikroavtobus yaşlı kişini vuraraq öldürdü

Sadə xəbər
HADİSƏ 03.11.2022 1185

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub.

Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top