Sürücü səkkiz yaşlı uşağı maşınla vuraraq öldürüb

Sadə xəbər
HADİSƏ 02.11.2022 1208

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top