Gəncədə mikroavtobus qəza törətdi: Xəsarət alanlar var

Sadə xəbər
HADİSƏ 01.11.2022 1065

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Saat24.Az-ın məlumatına görə, “QAZel” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir.

Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top