Oğuzda minik avtomobili yol kənarındakı ağaca çırpıldı

Sadə xəbər
HADİSƏ 01.11.2022 1135

Oğuz rayonunun Bayan kəndində “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sürücü müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top