Bakı - Quba yolunda mikroavtobus aşdı: Ölən və yaralananlar var - AÇIQLAMA + YENİLƏNİB

HADİSƏ 22.09.2022 1412

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya müraciət edib”.

19:34

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobus aşıb, ölən və yaralananlar var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top