Bakı aeroportunda kran aşıb: Ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ 22.09.2022 1564

Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

16:55

Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb.

“Report” xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

“Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.

XƏBƏR LENTİ
17.04.2024 3197

DİGƏR XƏBƏRLƏR

Loading
Top