Azərbaycanda İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü TAPILDI - YENİLƏNİB + VİDEO

HADİSƏ 20.09.2022 1473

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Əhəd Behbudovun iş otağında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazirda Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

20:07

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

Saat24.Az xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top