Kürdəmirdə baş verən yol qəzasında ölən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO

HADİSƏ 12.09.2022 1182

Kürdəmirdə baş verən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub.

Saat24.Az-ın Yuxarı Şirvan bürosunun xəbərinə görə, bu, sürücü, Bakı sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğludur.

O, təcili tibbi yardım maşınının köməyi ilə ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, R.Bəkirovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn “Ford” markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

22:30

Kürdəmirdə zəncirvari yol qəzası baş verib.

Saat24.Az-ın Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn “Ford” markalı mikroavtobusa çırpılıb.

Minik avtomobili bundan sonra yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı “Hyundai”ın sürücüsü və onun sərnişini müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 











XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top