Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olan şəxs həbs edildi

HADİSƏ 06.09.2022 1608

Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.

Saat24.Az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmə zamanı məlum olub ki, sərxoş şəxs qəfil şəkildə polisin xidməti otağına daxil olub, heç bir səbəb göstərmədən qışqırmağa, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başlayıb. Onu məntəqədən çölə çıxarmağa çalışsalar da, sərxoş şəxs polisin tələbinə qəsdən tabe olmayaraq sakitləşməyib. 

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top