Gəncədə yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 bina sakini təxliyə olunub - YENİLƏNİB + FOTO

HADİSƏ 01.09.2022 1381

Gəncədə dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 nəfər bina sakini təxliyə olunub.

Saat24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, yanğın barədə çağırış olduqdan altı dəqiqə sonra yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıblar: “Bu gün 16:48 radələrində Həsrət Əliyev küçəsi, bina 4 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə avtomobilləri çıxdı, 16:54-də yanğın yerində oldular. Ünvana çatan kimi dördmərtəbəli binanın bütün artırmalarının alov içərisində olduğunu müşahidə etdik. Hadisə yerinə 9 ədəd yanğınsöndürmə avtomobili, xüsusi riskli xilasetmə qrupları cəlb olundu. Bina sakinlərindən 20 nəfər təxliyə olunaraq yanğınsöndürmə işləri başladı. Hadisə nəticəsində üç nəfər yüngül dərəcəli xəsarət alıb”.

Fuad Hüseynov, yanğının saat 18:00 radələrində tam söndürüldüyünü qeyd edib.

18:32

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Saat24.Az xəbər verir ki, hadisə şəhərin Həsrət Əliyev küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb.

İlkin məlumata görə, yanğın binanın 1-ci mərtəbəsində yaranıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top