Şabranda 12 yaşlı uşağı maşın vuraraq öldürüb

Sadə xəbər
HADİSƏ 27.08.2022 1416

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın şimal bürosunun məlumatına görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Skokov İqor Sergeyeviç idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.

Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top