Qusarda süni göldə batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB

HADİSƏ 20.08.2022 1408

Qusar rayonunun Laza kəndi ərazisində, süni göldə batan bir nəfərin axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:20

Qusarda süni göldə azyaşlı batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veirlib.

Bildirilib ki, nazirliyin qaynar telefon xəttinə Qusar rayonunun Laza kəndi ərazisində yerləşən süni göldə 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top