
Xızıda sərxoş kişinin sirkə turşusu içərək ölməsi ilə bağlı Baş Prokurorluq açıqlama yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da, saat 21 radələrində Xızı rayon Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayevin yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda ölməsi faktı ilə bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.
11:31
Xızıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Türkoba kəndində qeydə alınıb. 67 yaşlı kənd sakini Rzayev Alı Allahverdi oğlu spirtli içkinin təsiri altında sirkə turşusu içərək həyatına qəsd edib.
Faktla bağlı araşdırma aparılır.