Bakıda yeniyetmə üçüncü mərtəbədən avtomobilin üstünə düşüb

Sadə xəbər
HADİSƏ 17.08.2022 1127

Bakıda yeniyetmə ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin üçüncü mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb.

Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top