Şəmkirdə yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb

HADİSƏ 17.08.2022 1275

Şəmkirdə avtomobil qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə rayonun “Karaz yolu” adlanan avtomobil yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü L.Qurbanova, 2009-cu il təvəllüdlü N.Qurbanov, 2011-ci il təvəllüdlü R.Qurbanov və 1985-ci il təvəllüdlü N.Qurbanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı digər avtomobildə olanlar ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top