Göyçay rayon Mərkəzi Kitabxanasında Fide hakimi Səbinə xanım Quliyeva ilə görüş keçirilib-Foto

SİYASƏT 12.08.2022 1463

 

Saat24.Az xəbər verir ki,12 avqust 2022 ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzi Kitabxanasında Göyçayın yetişdirməsi, şahmat üzrə Beynəlxalq usta, Azərbaycan çempionu ,dünya dördüncüsü, fide hakimi Səbinə xanım Quliyeva ilə görüş keçirilib. Tədbirdə rayonun şahmat həvəskarları iştirak ediblər. Tədbiri giriş sözü ilə Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Nahidə Quliyeva açaraq qonaqları salamlayıb. ilk öncə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Sonra söz Səbinə Quliyevaya verilib. O, tədbir iştirakçılarına şahmatın yaranma tarixindən şahmat haqqında rəvayətlərdən, öz uğurlarından qonaqlara geniş məlumat verib. Sonda tədbirin iştirakçıları Məhəmməd Məmmədov, İbrahim Məcidov, Zəhra Həsənova və Rasim Məmmədli arasında dostluq yarışı keçirilib.





 

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top