Bakıda Göyçay sakini məktəbin qarşısında ürəyindən bıçaqlandı

Sadə xəbər
HADİSƏ 06.08.2022 2110

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top