Bakının Nəsimi və Nərimanov rayonlarında baş verən davalarda bıçaqlananlar olub

Sadə xəbər
HADİSƏ 04.08.2022 1321

Bakının Nəsimi və Nərimanov rayonlarında dava baş verib.

APA xəbər verir ki, hər iki hadisə qeyri-etik ifadəyə görə olub.

Belə ki, Memar Əcəmi metrostansiyasının yaxınllğında 36 yaşlı Əliyev Nizaməddin Mübariz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Analoji hadisə Nərimanov rayonunda özəl klinikanın qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədov Musa Fəxrəddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların vəziyyəti ağırdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top