Rusiyada meşə yanğınları yaşayış məntəqələrinə keçdi – VİDEO

HADİSƏ 28.07.2022 1343

Yakutiyada meşə yanğınları yaşayış məskənlərinə keçib. Artıq Arılax kəndinin sakinləri təxliyə edilir.

İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.

Qeyd edək ki, hazırda Saxa Respublikası təbii fəlakətin cəngindədir - 110 min hektar alovlara bürünüb.

Alovla mübarizəyə ümumilikdə 1044 nəfər, meşə yanğınından mühafizə xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yerli əhalidən könüllülər cəlb olunub.

 


Mənbə: “Mash” “Telegram” kanalı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top