Vətən müharibəsi iştirakçısı itkin düşdü - YENİLƏNİB + FOTO

HADİSƏ 25.07.2022 1360

Daxili İşlər Nazirliyi Vətən müharibəsi iştirakçısı Cavid Bədəllinin itkin düşməsi ilə bağlı açıqlama verib. 

DİN-in mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirilib ki, fakt nəzarətə götürülüb:

“Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. Ailəsinin 21 iyulda polisə müraciəti əsasında ərizəsi qəbul olunub və tapılması üçün zəruri tədbirlər görülür”.

16:12

Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb. 

Bu barədə Oxu.Az-a onun atası Rafiq Bədəlov bildirib.

Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib:

“Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.

Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur. 

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top