FHN-dən jurnalistlər binasında baş verən yanğınla bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO

HADİSƏ 21.07.2022 1186

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. 

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20:47

Jurnalistlər binasında başlayan yanğın söndürülüb.

APA xəbər verir ki, yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb.

Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib.

20:08

Jurnalistlər binasında yanğın başlayıb.

APA xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top