Salyanda ağır qəza: İki maşın toqquşdu, biri aşdı, yaralılar var – FOTO

HADİSƏ 18.07.2022 1429

Salyanda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobillə digər minik avtomobili toqquşub. Hadisə zamanı “Toyota” hasara çırpılıb, digər avtomobil isə yolun kənarına aşıb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top