Çində daşqın: Azı 12 nəfər ölüb, 12 nəfər itkin düşüb

HADİSƏ 17.07.2022 1380

Çinin şimal-qərb və cənub-qərb bölgələrində daşqınlar baş verib.

Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.

Qansu əyalətində güclü yağışlar səbəbindən daha 6 nəfər həlak olub.

Ərazidən 3 minə yaxın insan təxliyə edilib.

Mütəxəssislər bildiriblər ki, ekstremal hava şəraitinə iqlim dəyişikliyi səbəb olub.

Mənbə: TRT

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top