Oğlu həbs cəzası alan ananın məhkəmədən qəribə tələbi: Götürdükləri qazanını geri istədi

HADİSƏ 22.06.2022 1228

Türkiyənin Kayseri şəhərində narkotik ticarəti ittihamı ilə 8 il 4 ay həbs cəzasına məhkum edilən şəxsin anasının məhkəmədən qəribə istəyi olub.

Belə ki, qadın məhkəmə sədrindən polisin əməliyyat zamanı götürdüyü hermetik qapaqlı qazanını geri istəyib.

Qadının oğlu isə həbs qərarına etiraz edərək özünü müdafiə edib və narkotik alveri ilə məşğul olmadığını, yalnız istifadəçi olduğunu deyərək azadlığa buraxılmasını istəyib.

Məhkəmə zalında olan təqsirləndirilən şəxsin anası isə məhkəmə sədrindən polis qruplarının evdə əməliyyat keçirərkən içində narkotikin olduğunu düşündükləri üçün götürdükləri qazanını geri istəyib.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top