Abşeronda sürücü ehtiyatsızlığı dəhşətə səbəb oldu: Uşağın üstündən keçdi

HADİSƏ 20.06.2022 1087

Xırdalan şəhərində uşaq avtomobilin altında qalıb.

APA xəbər verir ki, hadisə AAAF Park yaşayış kompleksinin həyətində baş verib.

Orada yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top